ECB 500 avroluq əskinasların çapını tam dayandırdı

ECB 500 avroluq əskinasların çapını tam dayandırdı

Avropa Mərkəzi Bankı (ECB) 500 avroluq əskinasların buraxılışını tam dayandırıb.

Bu barədə "Bloomberg" məlumat yayıb.

"Avroblokda olan bütün milli mərkəzi bankların yanvar ayında bu banknotların verilməsini dayandırdığı zaman, Almaniya və Avstriyanın hələ üç əlavə ayı var idi ki, yerli banklar və vətəndaşlar bənövşəyi rəngli banknotları buraxa və ala bilsinlər. Bu müddət aprelin 26-dək idi", - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, əskinaslardan imtina sözügedən valyutadan qanunsuz fəaliyyətlərdə istifadə olunma şübhələrinin artmasından irəli gəlib. //Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR