Əcnəbilər bank kartları ilə 591 mln manatlıq ödəniş etdi - Azərbaycanda

Əcnəbilər bank kartları ilə 591 mln manatlıq ödəniş etdi - Azərbaycanda

"İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-iyun aylarında  2019-cu ilin yanvar-iyun aylarında  Azərbaycana dünyanın 185 ölkəsindən 1410,7 min və ya 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
EkoNews xəbər verir ki, bu ilin iyun ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində də artım müşahidə edilib. Belə ki, 2019-cu ilin iyun ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 115,1 milyon manat təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 8 faiz artıb.

Ümumilikdə isə 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  590,8   milyon manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR