"Nokia” şirkəti "MWC 2019” sərgisində özünün ən ucuz smartfonun təqdim edəcək.
Smartfon 5,45 düym ekran ölçüsünə, 2500 mAh batareya tutumuna və "Android 9.0 Pie” əməliyyat sisteminə malikdir.
Bundan başqa, telefon dördnüvəli "CPU ARM Cortex-A53” və "GPU PowerVR GE8100” prosessorla, 1/8 GB yaddaşla, 8 MP arxa, 5 MP ön kamera ilə təchiz olunub.
"Nokia 1 Plus” mart ayından, bir neçə rəngdə satışa çıxarılacaq. Onun qiyməti cəmi 100 dollar olacaq. //Finans.az