Əhaliyə göstərilən ödənişli xidmətlərin məbləği açıqlanıb

Əhaliyə göstərilən ödənişli xidmətlərin məbləği açıqlanıb

Paytaxt sakinlərinə göstərilən ödənişli xidmətlərin məbləği məlum olub.
EkoNews Bakı Şəhər Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artaraq 4002,9 milyon manat olub.
 
Hüquqi şəxslər tərəfindən əhaliyə 2888,2 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 72,2 faizini təşkil edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR