Əhaliyə şad xəbər: İlk üç ay maaşınızdan pul tutulmayacaq

Əhaliyə şad xəbər: İlk üç ay maaşınızdan pul tutulmayacaq

İcbari tibbi sığortadan artıq şimal-qərb bölgəsinin də sakinləri istifadə etməyə başlayıb.

Ekonews Oxu.Az-a istinadla xəbər verir ki, Oğuz, Ağsu və Qobustan rayonlarının Mərkəzi Xəstəxanasında xidmətin elektronlaşdırılması istiqamətində işlər tamamlanıb.

Xəstəxanaya müayinəyə gələn vətəndaşlara gedəcəkləri həkimlərlə bağlı istiqamət verilir.
Vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməklə xidmətdən yararlana bilərlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Şükür Eyvazovun sözlərinə görə, icbari tibbi sığorta haqqı ilə bağlı ilin ilk üç ayının bütün xərclərini dövlət öz üzərinə götürür. Ancaq aprelin 1-dən etibarən bütün işləyən vətəndaşlardan icbari tibbi sığorta haqları tutulacaq.

Agentliyin təqdim etdiyi xidmətlər zərfinə 3000-ə yaxın tibbi xidmət daxildir. Ancaq bəzi istisna əməliyyatlar da var. Məsələn, estetik və kosmetik əməliyyatlar bu xidmətlər zərfinə daxil deyil.

Qeyd edək ki, icbari tibbi sığorta haqları rəsmi şəkildə maaş alan, vergi ödəyən müəssisə və işçilərdən tutulur. İşsiz və ya müvəqqəti iş yeri olmayan şəxs kimi qeydiyyata alınanlar isə heç bir vergi ödəmədən bu xidmətlərdən yararlana biləcəklər. 2020-ci ilin sonuna kimi icbari tibbi sığortanın ölkənin bütün ərazisini əhatə etməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR