Ekspert:

Ekspert: "Azərbaycan növbəti 100 ildə enerji təchizatçısı rolunu oynayacaq"

Mavi qaz ehtiyatları nəzərə alınarsa, Azərbaycan ən azı, növbəti 50 ildə regionun alternativ enerji təchizatçılarından birinə çevriləcək.

Bunu Trend-ə iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, potensial və neft və qaz ehtiyatları nəzərə alınarsa, Azərbaycan növbəti 100 ildə enerji təchizatçısı rolunu oynamaqda davam edəcək.

V.Bayramov əlavə edib ki, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanda yeni enerji və iqtisadi islahatların başlamasına imkan verdi:

"Azərbaycan bu müqaviləni imzalayanda praktiki olaraq, aşağı dövlət gəlirlərinə malik, kifayət qədər yüksək inflyasiya müşahidə edilən və xarici sərmayəyə ehtiyacı olan dövlətlərdən biri idi. Buna baxmayaraq, Azərbaycan "Əsrin müqaviləsi"ni bağlamaqla həm Azərbaycan üçün məqbul şərtlərin müqavilədə əks etdirilməsinə, həm də neft sektoruna sərmayələrin cəlb olunmasına nail ola bildi. Eyni zamanda, neft sektoruna cəlb olunan sərmayələr enerji sektoruna yardımcı sahələrə, o cümlədən qeyri-neft sektorunda yeni investisiya qoyuluşlarına imkan yaratdı. Bu da təbii ki, Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan verdi".

V.Bayramov əlavə edib ki, Azərbaycan "Əsrin müqaviləsi" çərçivəsində inşa edilən Bakı-Tbilisi-Qars kəməri vasitəsilə Avropanın bir sıra ölkələrinin neftə olan tələbatının ödənilməsinə nail oldu.

Onun sözlərinə görə, bu gün Avropada həttta bəzi ölkələr neftə olan tələbatının 40 faizini Azərbaycandan idxal edirlər. Avropanın ən böyük 4 ölkəsindən biri olan İtaliya neftə olan tələbatının 17 faizini Azərbaycandan idxal edir ki, bu da Azərbaycanın İtaliya bazarında ən böyük təchizatçısı olduğu anlamına gəlir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR