Ekspert:

Ekspert: "Manatın sabitliyini saxlamaq əvvəlki qədər asan olmayacaq"

"Ölkədə, regionda və bütövlükdə qlobal səviyyədə baş verən dəyişikliklər iqtisadiyyatı təmamilə neft və qaz gəlirlərindən asılı olan Azərbaycan üçün ciddi fəsadlar yaradacaq”.

Ekonews "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Q.İbadoğlu bildirib ki, Azərbaycanın xarici ticarətinin zəifləməsi, valyuta gəlirlərinin azalması fonunda yenidən devalvasiyanın baş verməsi müşahidə olunandır. Bu zaman isə Azərbaycan manatının sabitliyini saxlamaq əvvəlki qədər asan olmayacaq: "Son 15-20 ildə ölkəyə valyuta gətirən, dəyər yaradan sektorların inkişafına diqqəti artırmaq lazım idi. Biz isə artıq gecikmişik. Hər il arxayınlaşmışıq ki, neftimiz var, dünya bazarında qiymət bahadır, BP onu hasil edəcək, SOCAR onu satacaq, gələn pullarla da Azərbaycanda tikinti layihələrinin maliyyələşdirməklə müəyyən bir korrupsiya sxemi qurulacaq və beləcə ölkədə bir inkişaf görüntüsü yaradılacaq. Hökümət bunu illərdi edirdi. İndi isə ölkəyə həmin gəlirlər gəlmir və onun yerini doldurmaq üçün lazım olan rəqabət qabiliyyətli qeyri-neft sektorumuz yoxdur”. 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR