Ekspert:

Ekspert: "Nəqliyyat yorğunluğu ümumi gündəlik yorğunluğun 20%-dən çox olmamalıdır"

"Vahid mərkəzdən nəzarətin təşkili ilə avtobusların hərəkət intervalları düzgün tənzimlənəcək".

"Son zamanlarda ictimai nəqliyyatda təhlükəsizliyin və rahatlığın təmin edilməsi üçün Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bir sıra işlər görülür. Mərkəzləşdirilmiş dispetçer xidmətinin tətbiqi də bu işlərdən biridir".

"MediaPost" xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti Fuad Daşdəmirov BNA-nın sözügedən xidmətinin tətbiqi ilə bağlı danışarkən deyib:

"İctimai nəqliyyata nəzarət mexanizminin gücləndirilməsi və daha yüksək səviyyəyə çatdırılması hazırkı imkanlarla daha çox mümkündür. Çünki avtobuslara görüntülü nəzarət mövcuddur, dispetçetlərin elektron təminatı yüksək səviyyədədir və avtobuslara yeni avadanlıqlar quraşdırılır".

"İnsanların nəqliyyat yorğunluğu ümumi gündəlik yorğunluğunun təxminən 20%-dən artıq olmamalıdır"

"Yeni sistemin tətbiqi ilə sərnişinlər dayanacaq məntəqələrində quraşdırılan informasiya sistemindən həmin dayanacağa çatacaq avtobusların çatma vaxtı haqqında məlumat əldə edə biləcəklər. Bu da müxtəlif səbəblərdən gecikən avtobus əvəzinə alternativ marşrut xətlərindən istifadəyə imkan yaradacaq. Həmçinin mobil proqram təminatı vasitəsilə istənilən yerdən avtobusların dayanacağa çatma vaxtı və xəritə üzərindəki yerini izləmək mümkün olacaq. Bütün bunlar sərnişinlərin vaxta qənaət etməsinə və rahatlığına xidmət edir. Tədqiqatlar göstərir ki, insanların nəqliyyat yorğunluğu ümumi gündəlik yorğunluğunun təxminən 20%-dən artıq olmamalıdır. Əgər bu yorğunluq göstərilən həddən çox olarsa, insanların əmək məhsuldarlığı aşağı düşür. Buna görə də, ictimai nəqliyyatda rahatlığın təmin olunması mühüm məsələdir", - deyə, ekspert əlavə edib.
 


F. Daşdəmirovun sözlərinə görə, bütün marşrut şəbəkəsində kartla ödənişin təmin edilməsi həm sürücülərin, həm də sərnişinlərin işini asanlaşdıraraq təhlükəsizliyi artırır: "Çünki nağd ödənişlər həm daha çox vaxt aparır, həm də sürücü-sərnişin ünsiyyətini artırır. Ümumiyyətlə, avtobus sürücülərinin ödəmə prosesindən uzaq durması məqsədəuyğundur. Çünki sərnişin ilə hər hansı mübahisələrin yaranması sürücünün iş rejiminə təsir edə, yorğunluğunu artıra və idarəetmədə səhvlərə yol verməsinə gətirib çıxara bilər".

Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti Əlləz Əliyevin sözlərinə görə, mərkəzləşdirilmiş dispetçer xidməti sərnişindaşıma qaydalarına riayət olunmasının elektron şəkildə izlənilməsini təmin edəcək:

"Vahid mərkəzdən nəzarətin təşkili ilə avtobusların hərəkət intervalları düzgün tənzimlənəcək"

"Vahid mərkəzdən nəzarətin təşkili ilə avtobusların hərəkət intervalları düzgün tənzimlənəcək, sürücülərin iş rejiminə nəzarət etmək mümkün olacaq. Bu zaman sürücünün qaydalara riayət etməsi, 8 saatdan çox sükan arxasında olub-olmaması haqqında məlumat almaq mümkün olacaq. Nəzarət zamanı elektron məlumatlar toplana və bu məlumatlar əsasında şəhər nəqliyyatına dair gələcək planlar hazırlana bilər".



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR