Ekspert: “Tunel tipli yolötürücülərinin tikilməsi qatarların hərəkət sürətini artıracaq”

Ekspert: “Tunel tipli yolötürücülərinin tikilməsi qatarların hərəkət sürətini artıracaq”

Dəmir yolu ilə avtomobil yollarının kəsişməsində tunel tipli yolötürücülərinin tikintisi nəqliyyatın effektiv təşkili baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən tikilməsi planlaşdırılan 15 tuneldən 9-u artıq istismara verilib.

Ümumiyyətlə, müxtəlif səviyyəli keçidlərin inşasının əhəmiyyəti nədir?

EkoNews xəbər verir ki, bu barədə "Finans.az"a açıqlama verən nəqliyyat üzrə ekspert İlqar Hüseynli tunel tipli keçidlərin tikintisinin müxtəlif nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilinə əhəmiyyətli keyfiyyət dəyişiklikləri gətirdiyini deyib:

"Dəmir yoluna təsiri ondan ibarətdir ki, qatarların hərəkətinin təhlükəsizliyi təmin olunur ki, bu da nəticə etibarı ilə sürətin artmasını təmin edir. Eyni zamanda avtomobil nəqliyyatının davamlı hərəkəti təmin olunmaqla nəqliyyat sıxlığı və tıxaclar aradan qaldırılmış olur. O ki qaldı piyadalara, bu zaman söhbət ən mühüm amil olan təhlükəsiz hərəkətinin təmin olunmasından gedir”.

Onun sözlərinə görə, bu tip yolötürücülərin tikintisi perspektivdə bir nəqliyyat növünün digərinə mane olması amilini minimuma endirəcək.

"Eyni zamanda belə tunellər yol nəqliyyat hadisələrinin azaldılmasına da xidmət edir. Belə ki, hətta tənzimlənən keçidlərdə belə avtomobillərin qatarların yoluna çıxması nəticəsində qəzaların baş verməsinə şahid oluruq. Bu mənada belə tikililər qəzaların profilaktikası baxımından da mühüm əhəmiyyət kəsb edir”, - İ.Hüseynli vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR