Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları iki gün müddətinə, şənbə və bazar günləri hərəkətdə olmayacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Ekonews-a verilən məlumata görə, qərara əsasən, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 18 və 19 iyul tarixlərində hərəkətdə olmayacaq.