Çelyabinsk-Bakı aviareysi açılacaq - QİYMƏT
23 Mart, 13:52   |    Baxış sayı: 95

Çelyabinsk-Bakı aviareysi açılacaq - QİYMƏT

Aprel ayının 9-dan etibarən Rusiyanın "İrAero” aviaşirkəti Çelyabinsk-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayacaq. 

Sözügedən aviareys üzrə uçuşlar hər həftənin II, iyunun 20-dən etibarən isə  IV günləri "Sukhoi Superjet 100” avialayneri ilə həyata keçiriləcək.

Bakıdan Çelyabinskə təyyarə saat 13:00-da, əks istiqamətdə isə yerli vaxtla saat 19:00-da havaya qalxacaq. Uçuşun ümumi vaxtı 3 saat təşkil edəcək.

Qeyd edək ki, sözügedən aviareys üzrə biletlər artıq satışa çıxarılıb. Bir istiqamətə biletin qiyməti 10 min rubl (264 manat) təşkil edir. //Ona.az