Əmlak Komitəsi infotur təşkil edəcək
11 Fevral, 10:15   |    Baxış sayı: 33

Əmlak Komitəsi infotur təşkil edəcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə” adlı info-tur və açıq qapı günü keçiriləcək.
 
Komitədən EkoNews-a verilən məlumata görə, tədbir fevralın 12-si saat 09:30-da baş tutacaq.

Məqsəd vətəndaşlara göstərilən xidmətlərin əyani olaraq nümayişi, prosedurların izah olunması, o cümlədən, tətbiq edilən yeniliklər və elektron idarəetmə mexanizmi ilə tanışlıqdır. Həmçinin gələn iştirakçıların Məkanda göstərilən xidmətlərlə bağlı sualları cavablandırılacaq.
 
İnfo-tur çərçivəsində ictimaiyyət nümayəndələri və jurnalistlər ilk dəfə olaraq burada baş tutan hərracın keçirilmə zalında olub prosesi canlı izləyəcəklər.

Tədbir fevralın 12-si saat 09:30-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi, 20, Ulduz metrosunun yanı) keçiriləcək.

Tədbirdə iştirak etmək istəyənlər üçün əlaqə nömrəsi : 050-235-30-33