Ən az sığorta ödənişi etmiş – 5 ŞİRKƏT (SİYAHI)

Ən az sığorta ödənişi etmiş – 5 ŞİRKƏT (SİYAHI)

Bu ilin 8 ayı ərzində ən az sığorta sığorta ödənişi edən 5 şirkətin adları məlum olub.
EkoNews xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı hesabata görə, yanvar-avqust aylarında ən az sığorta ödənişi etmiş şirkətlər bunlardır.

Eləcə də bax: Sığorta ödənişlərinin məbləğinə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (yanvar-avqust, 2019)

"Rəvan Sığorta” (254,2 min manat), "Amrah Sığorta”( 138,9 min manat), "Bakı Sığorta”( 162,8 min manat), "Naxçıvan Sığorta”( 1,2 min manat) "Xalq Həyat”(-)

Məlumat üçün bildirək ki, sığorta şirkətlərinin az sığorta ödənişi etməsi şirkətin müştərilərinin daha az qəza törətməsi ilə əlaqədardır. Bu arada "Xalq Həyat”şirkəti yeni yarandığı üçün hələ ki, hər hansı sığorta ödənişi etməyib.

Ümumilikdə isə bu ilin 8 ayı ərzində 175 milyon 473,6 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur. 

Başqa sözlə, sözügedən 5 şirkətin sığorta ödənişlərinin ümumi məbləği sığorta bazarı üzrə ümumi ödənişlərin 0,3%-ni təşkil edir. 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR