Ən az sığorta haqqı toplayan – 5 ŞİRKƏT (SİYAHI)

Ən az sığorta haqqı toplayan – 5 ŞİRKƏT (SİYAHI)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ən az sığorta sığorta haqqı toplayan 5 şirkət məlum olub.
EkoNews xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı hesabata görə, ilk 8 ayda ən az sığorta haqqı toplamış şirkətlər – "AXA MBASK”, "Bakı Sığorta”, "Xalq Həyat”, "Amrah Sığorta”, «NaxçıvanSığorta»dır. 

Eləcə də bax: "Şirkətlər hər 100 AZN sığorta haqqına qarşı 103.5 AZN xərc çəkir"

Adı çəkilən şirkətlərin topladıqlaqı sığorta haqqının aşağı olmasına hər birnin öz səbəbi var. 

"AXA MBASK” - 1 001,4 min manat

"AXA MBASK” məlum olduğu kimi bağlanmaq ərəfəsində olduğundan, imzaladığı müqavilələrin sayını kəskin azaldıb.

"Bakı Sığorta” - 815,0 min manat

«Bakı Sığorta» isə uzun müddətdir ki, «özünə gələ» bilmir. Bir neçə il əvvəl normal yığımlara malik olan şirkət artıq bazarın autsayderlərindən birinə çevrilib.

"Xalq Həyat” 371,3 min manat

Bir qədər əvvəl yaradılan "Xalq Həyat Sığorta” ölkədə sayca 4-cü həyat sığortası şirkətidir. Yeni fəaliyyətə başladığı üçün şirətin göstəriciləri belə aşağıdır.

"Amrah Sığorta” (352,4 min manat) və «NaxçıvanSığorta»da (352,3 min manat) da qeyri aktivlik müşahidə olunur.

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR