“Equinor” və SOCAR-ın ortaq şirkəti Azərbaycanda filial açdı

“Equinor” və SOCAR-ın ortaq şirkəti Azərbaycanda filial açdı

"Karabah Operating Company"(KOC) əməliyyat şirkətinin filialı Vergilər Nazirliyində qeydiyyatdan keçib.

Mayın 13-də şirkətin filialı qeydiyyatdan keçib. Onun rəsmi təmsilçisi Tahir Dadaşovdur.

Şirkətin ofisi Bakı şəhərinin Nərimanov rayonunda yerləşir.

31 may 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin "Equinor” şirkəti arasında "Qarabağ” yatağının işlənməsi haqqında Risk Service Contract imzalanıb. Müqavilə 2018-ci il iyunun 29-da Milli Məclisdə ratifikasiya edilib, iyulun 5-də isə qüvvəyə minib. Layihələrin icrası üçün "Equinor” və SOCAR tərəfindən paritet əsaslarla (50%:50%) birgə əməliyyat şirkəti yaradılıb.

Qarabağ yatağı Bakıdan 130 km şərqdə yerləşir. Yatağın çıxarıla bilən neft ehtiyatları 16 mln. ton, qaz ehtiyatları isə 28 mlrd. kubmetrdir. Yataqda dənizin dərinliyi 180 metrdir.

İntefaks-Azərbaycan

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR