Ərzaq məhsullarının qiyməti artıb

Ərzaq məhsullarının qiyməti artıb

Paytaxtda ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə artıb.
EkoNews Bakı Şəhər Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,4 faiz artaraq 15019,9 milyon manat olub.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 6859,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,0 faiz artaraq 8160,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 28,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,1 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR