Eyyub Hüseynovdan Səfər Mehdiyevə çağırış: “Bunu ermənilər edir...”

Eyyub Hüseynovdan Səfər Mehdiyevə çağırış: “Bunu ermənilər edir...”

"Tez-tez AQTA-nın saxta məhsullar aşkar edib, həmin məhsulları istehsal edən müəssisələri bağladıqlarının şahidi oluruq. Lakin elə məhsullar var ki, onlar diqqətdən kənar qalır. Belə məhsullara gürcü "Nataktari” limonadları, "Alkon” göz linzaları, kosmetik məhsulları əlavə edə bilərik”.

EkoNews Yenisabaha istinadla xəbər verir ki, bu barədə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, artıq dövlət orqanlarına rəsmi məktublar göndərib.

"Gömrük orqanlarının xeyir-duası ilə təkcə parfumeriya deyil, digər mallarda daxil olur əmtəə bazarına. Mən 20 gün öncə Gömrüyün sədri Səfər Mehdiyevə, Vergilər nazirinə, İqtisadiyyat nazirinə, Qida Təhlükəsizliyi Agentliyinə  və digər yerlərə rəsmi məktublar göndərmişəm ki, əmtəə bazarına təxminən  "Nataktari” gürcü dilində markalanmış limonadların 50%-i və bizdə olan məlumatlara görə, Gürcüstanda yaşayan ermənilər vasitəsilə Azərbaycana keçirilir. 

Təəssüflər olsun ki, dövlət orqanlarında olan məktublardan görünür ki, sanki onlar bu qaçaqmalçılığı dəstəkləyirlər və bununla bağlı heç bir iş görümürlər. 

Təkcə bununla da bitmir, belə qaçaqmalçılıqla ölkəmizə daxil olan məhsullar. Həmçinin "Alkon” adında göz protesləri, gözün altına qoyulan linzalar. Mən 9 klinikaya rəsmi məktublar göndərmişəm. Bu qaçaqmalçılıqla məşğul olan insanlarla kliniklar əlbir olublar. Bu linzalar xaricdən gətirirlər və yoxlamadan keçmir, saxlanma şəraitinə uyğun saxlanılmır, dövlət vergiləri ödənilmir. Xüsusən də Türkiyədən gəlir. Bu klinikalardan yalnız 4-ü cavab verib. 

Mən burdan əhaliyə səslənirəm, ay əhali insanın ən vacib orqanıdır göz, bu linzaların belə saxtası var. Biz ictimai təşkilat olaraq, öz mübarizəmizi davam etdiririk”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR