"Facebook-dan yenilik - Düşüncələrinizi kompüterə ötürəcək

"Facebook" şirkəti düşüncə gücü istifadə edərək kompüterin idarəedilməsi texnologiyasını işləyib hazırlayan "CTRL-Labs" startapını satın alacaq.
Bu barədə "Bloomberg" agentliyi şirkət nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, sövdələşmənin dəyəri 500 milyondan 1 milyard dollara qədər dəyişə bilər.

Qeyd edək ki, "CTRL-Labs" istifadəçinin biləyinə yapışan və onun neyronlarının fəaliyyətini oxuyan qolbaq şəklində qacet hazırlayır. Beləliklə, texnologiya istifadəçinin düşüncələrində formalaşdırdığı tələb olunan əmrlər barədə kompüterə məlumatlar ötürür.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR