"Facebook Libra ilə banklara meydan oxuyur"

Facebook-un gələn il bazara çıxaracağı kriptovalyuta vahidi Libra, pul transferi və alış-veriş xüsusiyyətləri ilə bank sektorunun funksiyalarının zəifləməsinə səbəb olacaq.

Bunu Rəqəmsal Dəyişiklik Dərnəyi sədri İsmail Hakkı Polat bildirib. 

"Libra, getdikcə bankların yerini tutacaq. Hətta onun da arxasında 7/24 açıq bir qlobal bazar olacaq. Yəni Facebook, Libra ilə banklara meydan oxuyur", - o deyib.
 
Facebook-un 2020-ci ildə bazara təqdim edəcəyi Libra ilə bərabər Calibra adı verilən rəqəmsal pul kisəsi də istifadəyə verəcək. Kriptovalyutanın və rəqəmsal kisənin, Facebook Messenger, Whatsapp, ya da Calibra-nın öz cib telefonu proqramı vasitəsilə istifadəsi mümkün olacaq. Libra, MasterCard və Visa kimi ödəmə sistemləri tərəfindən də dəstəklənəcək.  Facebook istifadəçilərinə təqdim edəcəyi bu xidmətlə onların qənaət, alış-veriş və pul transferi həyata keçirilmələrini asanlaşdırmağı hədəfləyir. 
 
Marja

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR