"Facebook Messenger"in işində problem yaranıb

"Facebook Messenger" proqramının bəzi ölkələrdə işində problem yaranıb.

EkoNews xarici metbuata istinadən xəbər verir ki, məlumatı proqramın internet resurslarının nasazlıqlarına nəzarət edən "Downdetector" saytı yayıb.

Portalın məlumatına görə, daha çox şikayət məktub almaq (45%) və qoşulma (31%) ilə bağlı daxil olub. Həmçinin avtorizasiya ilə bağlı da (23%) problemlər yaranıb.
 Şikayətçilər arasında ABŞ və Böyük Britaniyadan olan istifadəçilər üstünlük təşkil edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR