"Facebook" un gəlirləri artıb

Bu ilin III rübündə "facebook" sosial şəbəkəsi 17,7 milyard ABŞ dolları gəlir əldə edib. 

EkoNews xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 29% çox, ekspertlərin proqnozlarından isə təxminən 2% çoxdur. 

Rüb ərzində "Facebook"un xalis mənfəəti isə illik müqayisədə 19,6% artaraq 6,1 milyard dollara çatıb. 

Maliyyə göstəriciləri açıqlandıqdan sonra sosial şəbəkəsinin səhmlərini 3%-ə yaxın dəyər qazanıb. 

Qeyd edək ki, hazırda "Facebook"dan 2,45 milyard insan istifadə edir. Bu, illik müqayisədə 8% çoxdur. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR