Azərbaycanın aparıcı faktorinq xidməti "Ferrum Kapital” MMC təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrildiyini elan edib.
EkoNews bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Ferrum Kapital” yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Şirkətin təsisçiləri "AQA Şirkətlər Qrupu” QSC (72,5%) və "Vesta Konsaltinq” MMC-dir (27,5%).