“Fitch” “Azsığorta”nın reytinqini yüksəltdi

“Fitch” “Azsığorta”nın reytinqini yüksəltdi

"Fitch” Beynəlxalq reytinq agentliyi "Azsığorta” ASC-nin "sığortaçının maliyyə dayanıqlığı” (Insurer Financial Strength – IFS) reytinqini "B” olaraq müəyyən edib. 

"Report” xəbər verir ki, bu barədə agenltik məlumat yayıb. Reytinq üzrə proqnoz "Stabil"dir.

Məlumatda deyilir ki, bu reytinq "Azsığorta”nın orta səviyyəli biznes profilini və yüksək investisiya riskini əks etdirir. Bu faktorlar sığortaçının kapital dayanığlığı hesabına kompensasiya olunur.

Bu ilin ilk 9 ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə sığorta şirkətinin qeydə alınan xalis mükafatlarının həcmi 19% azalıb.

Bununla yanaşı, "Azsığorta”nın üçüncü tərəfin məsuliyyətinin sığortalanması seqmenti üzrə bazar payı da 10%-dən 5%-dək azalıb.

Məlumata görə, şirkət cari ilin 9 ayı ərzində 1,9 milyon manat xalis mənfəət əldə edib.

Nizamnamə kapitalı 20,3 milyon manat olan "Azsığorta” şirkətinin 2019-cu ilin 9 ay ərzində sığorta yığımları 11,3 milyon manat, sığorta ödənişləri isə 3,4 milyon manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR