"Fitch" Rusiyanın kredit reytinqini təsdiq edib

"Fitch" beynəlxalq reytinq agentliyi Rusiyanın uzunmüddətli kredit reytinqini "BBB-", qısamüddətli kredit reytinqini isə "F3" səviyyəsində müəyyən edib.
 
Bu barədə qurumun açıqlamasında bildirilir. 
 
Agentlik ABŞ-ın Rusiyaya qarşı gələcək sanksiya ehtimallarını yüksək qiymətləndirib və eyni zamanda bəyan edib ki, sanksiya siyasətinin gələcək istiqamətlərini müəyyənləşdirmək çətindir.
 
"Fitch" hesab edir ki, bu il Rusiyada inflyasiyanın səviyyəsi 5,3%-ə çatacaq ki, bu da Əlavə Dəyər Vergisinin (ƏDV) artması, ölkənin milli valyutası - rublun zəifləməsi ilə bağlıdır. Rusiyanın ÜDM-inin artım sürətinin isə 1,5% təşkil edəcəyi proqnozlaşdırılır. //Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR