“Formula 1” pilotlarının maaşları açıqlandı - SİYAHI
13 Mart, 11:27   |    Baxış sayı: 181

“Formula 1” pilotlarının maaşları açıqlandı - SİYAHI

"Formula 1” pilotlarının maaşları açıqlandı - SİYAHI
"Formula 1” pilotlarının 2019-cu il mövsümü üçün əmək haqlarının məbləği açıqlanıb.
 
Tanınmış jurnalist Diter Renken "RaceFans” portalı üçün daha real məbləğlərin əks olunduğu cədvəl hazırladığını iddia edib. Onun araşdırmasına əsasən, Almaniyanın "Mercedes” komandasını təmsil edən Lüis Hemilton ən ödənişli pilotdur. Britaniyalının illik maaşı 35 milyon dollar təşkil edəcək.

İkinci sırada İtaliya "Ferrari”sinin sürücüsü Sebastyan Fettel qərarlaşıb. Almaniyalının qazancı 30 milyon dollardır. "Üçlüy”ü Avstriyanın "Red Bull” komandasının pilotu Maks Ferstappen qapayır – 16 milyon dollar.

"Formula 1” pilotlarının mövsümlük maaşları (dollar)

1. Lüis Hemilton ("Mercedes”) – 35 milyon

2. Sebastyan Fettel ("Ferrari”) – 30 milyon

3. Maks Ferstappen ("Red Bull”) – 16 milyon

4. Daniel Rikkardo ("Renault”) – 15 milyon

5. Niko Hülkenberq ("Renault”) – 10 milyon

6. Valtteri Bottas ("Mercedes”) – 8 milyon

7. Roman Qrojan ("Haas”) – 7 milyon

8-9. Serxio Peres ("Racing Point”) – 5 milyon

8-9. Kimi Raykkonen ("Sauber”) – 5 milyon

10-11. Şarl Lekler ("Ferrari”) – 4 milyon

10-11. Karlos Sayns ("McLaren”) – 4 milyon

12-13. Lens Stroll ("Racing Point”) – 3 milyon

12-13. Kevin Maqnussen ("Haas”) – 3 milyon

14-15. Pyer Qasli ("Red Bull”) – 2 milyon

14-15. Daniil Kvyat ("Toro Rosso”) – 2 milyon

16-17. Antonio Covinatsi ("Sauber”) – 1 milyon

16-17. Robert Kubitsa ("Williams”) – 1 milyon

18-20. Lando Norris ("McLaren”) – 0,5 milyon

18-20. Corc Rassell ("Williams”) – 0,5 milyon

18-20. Aleksandr Albon ("Toro Rosso”) – 0,5 milyon

Qeyd edək ki, daha əvvəl "F1 WeekEnd” kanalı Lüis Hemiltonun illik maaşının 57 milyon dollar olacağını açıqlayıb. "Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı "Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində Abu-Dabi Qran Prisi ilə yekun vurulacaq. Azərbaycan Qran Prisi 26 - 28 apreldə olacaq. //Report