Fransa ənənəvi “Qara cümə” alış-verişindən imtina edir

Fransa ənənəvi “Qara cümə” alış-verişindən imtina edir

Fransa parlamentariləri "Qara cümə”yə aid reklam kampaniyalarını qadağan etmək haqda düşünür. 

EkoNews məlumat verir ki, Davamlı İnkişaf Komitəsi "tullantılar” haqda qanuna müvafiq düzəliş edib və orada ənənəvi alış-veriş qaydalarına dair dəyişikliklər nəzərdə tutulub. 


İndi qanuna edilən dəyişikliyə Fransa parlamentinin aşağı palatası və Fransa Milli Assambleyası baxacaq.

Bu, o deməkdir ki, cari il müvafiq düzəliş reklam bazarına təsir etməyəcək, lakin gələn il qanun qəbul edilərsə, sahibkarları ciddi qadağalar gözləyir.

Milli Assambleyanın deputatı Matye Orfalin özünün "Twitter” səhifəsində yazıb ki, qanuna edilən son düzəliş "Qara cümə”nin amansız praktikalarına qarşı yönəlib və parlamentin əksəriyyəti tərəfindən dəstəklənir. 

Eyni zamanda Fransanın tanınmış ayaqqabı şirkətləri açıqlama yayaraq, 600-dən çox brend mağazalarının "Qara cüməni” boykot edəcəklərini bildiriblər.

Oxu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR