“Galaxy S11”-də yeni funksiya - Qidanın köhnə, dərmanın saxta olmasını ölçəcək

“Galaxy S11”-də yeni funksiya - Qidanın köhnə, dərmanın saxta olmasını ölçəcək

Gələn ilin fevral və ya mart aylarında tanıdılması gözlənilən "Samsung”un flaqman smartfonu "Galaxy S11” ilə bağlı yeni patent müraciəti ortaya çıxıb.
EkoNews xəbər verir ki, patentə əsasən "Galaxy S11” insan dərisidən onunla bağlı bir sıra fərqli qiymətləndirmlər həyata keçirə biləcək.


Belə ki, "Samsung” növbəti smartfonlarını spektrometr ilə təchiz edəcək ki, bu da smartfona istifadəçilərin dərisindəki nəm tərkibi, şəkər, yağ və digər qida dəyərlərinə qədər hər şeyi ölçməyə imkan yaradacaq.

Əslində, bir cismin tərkibini təyin etmək üçün kimyəvi maddələri sadalayan və ölçən bu yeni sensor yağlar, zülallar və karbohidratlardakı fərdi qidaların dəqiq miqdarını sizə izah edə biləcək. Bu da istifadəçilərə bir məhsulun nə qədər təzə olduğu barədə fikir verəcək.



İnfraqırmızı spektrometr tibbi dərmanların saxta olub-olmadığını da müəyyənləşdirməyə kömək edəcək. Patent vasitəsilə "Samsung” 3D üz tanıma xüsusiyyətini də cihazlarına inteqrasiya edə biləcək. /Finans.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR