Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb

Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb

Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarının həddi müəyyənləşib.

"Report" xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2020-ci il üçün yaşayış minimumunun ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilməsini nəzərdə tutan qanun layihəsi də parlamentə daxil olub.

Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.

Hər iki qanun 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR