Gəncə-Naxçıvan-Gəncə reysi bərpa ediləcək
07 Mart, 17:00   |    Baxış sayı: 166

Gəncə-Naxçıvan-Gəncə reysi bərpa ediləcək

"Azərbaycan Hava Yolları" (AZAL) QSC 2019-cu ilin II rübündə Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə uçuşları bərpa etməyi planlaşdırır. Bu barədə hökumətdən məlumat verilib.
 
"Gəncə-Naxçıvan-Gəncə aviareysinin 2019-cu ilin II rübündə açılması planlaşdırılır. Bununla əlaqədar bu uçuşların iqtisadi səmərəliliyinin artırılması və AZAL-ın əlavə maliyyə itkisi ilə üzləşməsinin qarşısının alınması istiqamətində işlər aparılır", - deyə məlumatda qeyd olunur.

Hökumətin məlumatına görə, AZAL Gəncə-Naxçıvan-Gəncə reysini həyata keçirmək üçün lazımi texniki imkanlara malikdir.

Gəncə-Naxçıvan-Gəncə istiqamətində uçuşlar 2013 və 2016-cı illərdə həyata keçirilib. //İnterfaks-Azərbaycan