Generallar arasında qarşıdurma – Gömrükdə iki pəncərə

Generallar arasında qarşıdurma – Gömrükdə iki pəncərə

Dövlət Sərhəd Xidmətinin rəisi və Dövlət Gömrük Komitəsinin sədri yenidən gömrük-sərhəd buraxılış məntəqələrindən birində görüşüblər. Yenidən sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsini müzakirə ediblər. 

EkoNews xəbər verir ki, görüşü şərh edən ekspert Osman Gündüz bildirib ki, son dövrlərdə bu iki qurumun generalları bir neçə dəfə eyni məqsədlə müxtəlif gömrük-sərhəd buraxılış mətəqələrində görüşüblər.

"Son zamanlar buraxılış məntəqələrində DGK tərəfindən müəyyən islahatlar aparılsa da, bəzi neqativ hallar aradan qaldırılaraq müsbət irəliləyişlər əldə olunsa da keçid prosesini sürətləndirmək mümkün olmayıb.

Bu da DGK və DSX paralelçiliyi ilə bağlıdır. Artıq hamı bilir ki bu iki qurum arasında sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi ilə bağlı ciddi ziddiyyətlər var. 

Bu ziddiyyətlər bəzi hallarda hətta bu iki qurumun buraxılış məntəqələrindəki rəhbərləri arasında qarşıdruma səviyyəsinə gəlib çatıb. Əslində, bu ziddiyyətlər də qanunvericilikdəki boşluqlardan qaynaqlanır. 

Yenə də hər iki qurumun paralel yoxlamaları, hər iki qurumun eyni məlumatları paralel olaraq özəl informasiya sistemlərinə daxil etmələri davam edir.

Avtomobillərə həm DGK baxış keçirir, həm də DSX, pasport və avtomobilin tex pasport məlumatlarını müxtəlif informasiya sistemlərinə həm DGK daxil edir və həm də DSX. Hələ də bu iki qurum arasında informasiya sistemlərinin inteqrasiyası yoxdur.

Yəni, sərhəd-buraxılış məntəqəsində, bir Pəncərə deyil, iki Pəncərə var. Fikrimcə, sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi üçün qanunvericilik yenidən işlənməlidir. 

İndiki halda artıq məlumdur ki, mövcud hüquqi baza ilə keçid prosesinin sürətləndirilməsində bundan artığına nail olmaq mümkünsüzdür”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR