Geyim dükanları alıcıları belə aldadır - BUNLARA DİQQƏT EDİN Kİ, ALDANMAYASINIZ!

Geyim dükanları alıcıları belə aldadır - BUNLARA DİQQƏT EDİN Kİ, ALDANMAYASINIZ!

Xəbər verdiyimiz kimi, ötən gün Daxili İşlər Nazirliyi (DİN) "Lady Sharm” mağazalar şəbəkəsində keçirilən xüsusi əməliyyatla bağlı rəsmi açıqlama yayıb.
 
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirlən əməliyyat zamanı sözügedən mağazalar şəbəkəsinin yerli sexlərdə gizli şəkildə hazırladığı, həmçinin Çindən gətirilən keyfiyyətsiz geyimləri xarici firmaların brendi ilə vətəndaşlara satdığı məlum olub.
 
Yerli istehsalın zəif, xam mal üçün gömrük rüsumların yüksək olduğu bir məqmada digər firmaların da bu üsula əl atması mümkündürmü? İstehlakçıların zaman-zaman məşhur mağazalardan aldığı geyimlərlə bağlı şikayətləri göstərir ki, mümkündür.
 
İstehlakçı necə etsin ki, aldanmasın?
 
Uzun müddətdir tekstil sahəsində çalışan Səyyarə Elxan deyir ki, alış-veriş zamanı mağazanın brend olması alıcını aldatmamalıdır. Mütləq geyim alınan zaman parçanın keyfiyyətinə, tikiş üsuluna fikir verilməlidir:
 
"Səliqəli tikiş qaydaları var ki, onları yalnız xüsusi tikiş maşınları ilə etmək mümkündür. Bu maşınlar isə sırf həmin brend məhsulları hazırlayan firmalara məxsusdur. Məsələn, brend geyimin tikişində heç vaxt artıq sap ola bilməz. Tikişin səliqəliliyi bilinir".
 
Səyyarə Elxan əlavə edib ki, saxta geyimlərin özü də iki kateqoriyaya bölünür:
 
"Saxta brend geyimlər A - orjinal məhsula daha yaxın olan, B - daha bərbad formada hazırlanmaqla iki hissəyə bölünür. Azərbaycanda satılan saxta brend məhsullar daha çox B kateqoriyasına aiddir. Yəni, məşhur firmaların Çin və Türkiyədə istehsal edilən saxta məhsulları".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR