Gömrükçülər 67 ədəd mobil telefon, külli miqdarda dərman preparatı aşkarlayıb

Gömrükçülər 67 ədəd mobil telefon, külli miqdarda dərman preparatı aşkarlayıb

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E220 CDİ” markalı avtomobilə gömrük baxışı keçirilib.

Bu barədə EkoNews-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağı ilə yük yerinin arasındakı boşluqda gömrük nəzarətindən gizlədilən, qutuları və aksesuarları ilə bilikdə 34 ədəd "İphone X Space Gray 64 GB”, 25 ədəd "İphone X Silver 64 GB”, 1 ədəd "İphone 7 Black 32 GB”, 1 ədəd "OnePlus7  256 GB”, 1 ədəd "OnePlus 7 Pro 256 GB”, 2 ədəd "Samsung Galaxy S10+ 128 GB”, 3 ədəd "Samsung Galaxy S10 128 GB” markalı təzə mobil telefonlar, "Daclavirocyrl 60 mg” adlı 2461 həb dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR