Google-dan yenilik, bunlar avtomatik silinəcək

Google-dan yenilik, bunlar avtomatik silinəcək

ABŞ-ın texnologiya nəhəngi Google, istifadəyə təqdim edəcəyi yeni xüsusiyyət sayəsində istifadəçilərin məkan keçmişinə və internet fəaliyyətlərinə dair məlumatların avtomatik silinməsinə icazə verəcək.
 
EkoNews texnologiya xəbərləri saytı The Vergen-ə istinadən xəbər verir ki, Google, may ayında elan etdiyi istifadəçilərin  məkan və fəaliyyət göstəricilərini avtomatik silməyə imkan verən yeni xüsusiyyətini istifadəyə təqdim etməyə hazırlaşır.
Google istifadəçiləri istədikləri zaman məkan keçmişi və internet fəaliyyətlərinə dair məlumatlarını hesablarının "parametrlər" hissəsindən silirdi. Ancaq istifadəyə verəcək xüsusilə bərabər istifadəçilər, 3 və 18 ay arasında bir müddət müəyyən edərək göstəricilərinin sistem tərəfindən müəyyən edilən müddət içərisində avtomatik silinməsini tələb edə biləcək.
 
Göstəricilərinin avtomatik olaraq silinməsini tələb edən istifadəçilər hər hansı bir vaxtı seçməzsə, göstəricilər 18 ay saxlanacaq və bundan əvvələ aid məlumatlar avtomatik olaraq silinəcək.
 
Google- un elan etdiyi bu yeni xüsusiyyətin, gələcək həftələrdə Android və ios platformalarında istifadəyə verilməsi planlaşdırılır.
 
Günay

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR