"Alphabet” holdinqi mülkiyyətində olan "Youtube” videohostinqinin əldə etdiyi mənfəət barədə məlumatlar açıqlayıb.
"RİA "Novosti” xəbər verir ki, illik hesabat şirkətin saytında dərc olunub.
"Alphabet” "Google”un ana şirkətidir. Sonuncu "Youtube”u 2006-cı ildə 1,65 milyard ABŞ dollarına əldə edib. O vaxtdan bəri holdinq videohostinqin reklamdan əldə etdiyi gəlirlər barədə məlumat yayımlamamışdı.
Son hesabatda isə "Youtube”un 2019-cu ildə reklamdan 15 milyard ABŞ dollarından çox gəlir əldə etdiyi göstərilib.
Videohostinqin holdinqin gəlirlərindəki payı 9% olub. Belə ki, "Aphabet” ötən il ərzində 162 milyard ABŞ dolları məbləğində gəlir əldə edib. Bu, 2018-ci illə müqayisədə 18% artım deməkdir.
Report