“Google”un ofisində “ölü” layihələr üçün qəbirstanlıq yaradılıb

“Google”un ofisində “ölü” layihələr üçün qəbirstanlıq yaradılıb

"Google Reader” RSS aqreqatoru, "Picasa” foto redaktoru, "Google+” sosial şəbəkəsi və həyata keçə bilməyən digər layihələr üçün qəbiristanlıq yaradılıb.
"The Verge” nəşrinin verdiyi məlumata görə, qəbiristanlıq şirkətin Sietldəki ofisinin foyesində açılıb. Qəbiristanlığın şəklini "Chrome” brauzerinə nəzarət edən mütəxəssis Dana Frid öz "Twitter”  hesabında paylaşıb.

Qəbiristanlıqda "Picasa” foto redaktorunun, "Google Buzz” sürətli mesajlaşma xidmətinin, "Google Reader” RSS aqreqatorunun, "Orkut” və "Google+” sosial şəbəkələrinin və "Google Wave” çoxfunksiyalı xidmətinin məzarları var.

Qeyd edək ki, bunlar şirkətin həyata keçirə bilmədiyi layihələrin çox az bir hissəsidir. Tam siyahı Killed by Google saytında yerləşdirilib. /Banker.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR