"Google"un işində problem yaranıb

Amerikanın "Google" axtarış sisteminin işində problemlər müşahidə olunur.

EkoNews xarici mətbuata istinadla xəbər verir ki, axtarış sisteminin işində problemlər Bakı vaxtı ilə 01:30-dan başlayıb. "Google"un işindən daha çox ABŞ, Rusiya, Niderland, həmçinin Latın Amerikası ölkələrinin sakinləri şikayət edir.

"Downdetector"un məlumatına görə, istifadəçilərin böyük əksəriyyəti axtarış verən zaman problemlə üzləşiblər. Bəziləri isə avtorizasiya ilə bağlı problemlər olduğunu deyir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR