Güclü külək daş hasarı qaz xəttinin üzərinə aşırdı (FOTOLAR)

Güclü külək daş hasarı qaz xəttinin üzərinə aşırdı (FOTOLAR)

Aprelin 15-də gecə saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində əsən güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb.

"Azəriqaz” İstehsalat Birliyindən Qaynarinfo-ya verilən məlumata görə, hasar aşarkən ərazidən keçən 57 mm diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb. Təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır.

 
Qeyd edək ki, hasarı aşan evdə hazırda yaşayış yoxdur.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR