Güclü külək fəsadlar törətdi: iri ağaclar aşdı, elektrik xətləri qırıldı

Güclü külək fəsadlar törətdi: iri ağaclar aşdı, elektrik xətləri qırıldı

 
"Günorta saatlarına kimi cüclü külək nəticəsində qırılan elekterik enerjisi xətlərinin hamısı bərpa olunacaq”.

Bu barədə Qaynarinfo-ya "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 

"Gəncədə iri gövdəli çinar ağacı elektrik xəttlərinin üstünə düşüb. Bundan əlavə Şəmkir rayonun bir neçə ərazisində elektrik xətlərinə güclü ziyan dəyib. Bu gün saat 11:00-a kimi bütün problemlər aradan qaldırılacaq. Küləkli hava olmasına baxmayaraq, harada qəza olubsa, gecəykən aradan qaldırılıb”.

Tanrıverdi Mustafayev qeyd edib ki, Bakı və Bakı ətrafı rayonlarda güclü külək elektrik xətlərinə ziyan vurmayıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR