Gürcüstan Azərbaycandan 17 milyon dollardan çox tikinti materialları idxal edib

Gürcüstan Azərbaycandan 17 milyon dollardan çox tikinti materialları idxal edib

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 17,369 milyon ABŞ dolları dəyərində 318,993 min ton sement idxal edib.

Bu barədə qonşu ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, illik müqayisədə qonşu ölkənin Azərbaycandan tədarük etdiyi sementin həcmi 32% artıb.

Hesabat dövründə Gürcüstan Azərbaycandan ümumi dəyəri 12,072 milyon dollar olan 26 min ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar alıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu məhsulun idxal həcmi 76% artıb. /Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR