Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını artırıb

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını artırıb

Bu ilin birinci yarısında Gürcüstan Azərbaycandan 548 mln. kVt/s yaxın elektrik enerjisi idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 6% çoxdur.

Azərbaycan Gürcüstana ən əsas elektrik enerjisi ixracatçısı kimi çıxış edir.

Məlumatda qeyd olunur ki, 2006-2019 illərdə Gürcüstan Azərbaycandan 3,43 mlrd. kVt-saat elektrik enerjisi idxal edib. Ötən il bu göstərici 1,23 mlrd. kVt-saat təşkil edib.
 
Apa

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR