“Gürcüstan Dəmir Yolları”: Azərbaycanla yük daşımaları davam etdirilir

“Gürcüstan Dəmir Yolları”: Azərbaycanla yük daşımaları davam etdirilir

Poti-Batumi-Tbilisi-Azərbaycan, Poti-Batumi-Tbilisi-Mərkəzi Asiya istiqaməti üzrə davam etdirildiyini bildirib
 
Gürcüstan və Azərbaycan arasında yük daşımaları davam etdirilir.

EkoNews "Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə "Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib.

Qeyd olunub ki, şirkət biznes və yük sifarişçilərinin ehtiyaclarını nəzərə alaraq, qısa müddət ərzində və rəqabətli tariflərlə dəmir yolu ilə yük daşımalarını həyata keçirir.

"Gürcüstan Dəmir Yolları” yük daşımalarının Poti-Batumi-Tbilisi-Azərbaycan, Poti-Batumi-Tbilisi-Mərkəzi Asiya istiqaməti üzrə davam etdirildiyini bildirib.

Qeyd edək ki, koronavirusla bağlı vəziyyətlə əlaqədar olaraq martın 14-dən etibarən Gürcüstan və Azərbaycan arasında quru və hava yolu ilə gediş-gəliş 10 gün müddətinə dayandırılıb. Müvəqqəti məhdudiyyət yük daşımalarına şamil olunmayıb. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR