Gürcüstan Milli Bankı valyuta hərracına 20 mln. dollar çıxaracaq

Gürcüstan Milli Bankı valyuta hərracına 20 mln. dollar çıxaracaq

Gürcüstan Milli Bankı bu gün valyuta hərracına 20 milyon ABŞ dolları çıxaracaq.

Bu barədə bank məlumat yayıb.

Bugünkü rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9753 lari təşkil edir. "Bloomberg” platformasında dolların dəyəri 3 lariyə yaxınlaşıb.

Valyuta dəyişmə məntəqələrində 1 ABŞ dollarının dəyəri 2,95-2,97 lari arasında dəyişir.

Oktyabrın 30-na əsasən, Milli Bankın ehtiyatları 3 milyard 386 milyon dollara bərabərdir.
 
Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR