Gürcüstana elektrik enerjisinin ixracı 17% artıb

Gürcüstana elektrik enerjisinin ixracı 17% artıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 31,589 mln. dollar dəyərində elektrik enerjisi idxal edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi elektrik enerjisi məbləğ baxımından illik müqayisədə 4 655, 4 min dollar və ya 17,2% çoxdur.

Ötən ilin ilk yeddi ayı ərzində Gürcüstan Azərbaycandan 29 mln. 933,6 min dollar dəyərində elektrik enerjisi idxal edib. 
 
Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR