Gürcüstanda ərzaq 12 faizədək bahalaşıb

Gürcüstanda ərzaq 12 faizədək bahalaşıb

2019-cu ilin sentyabr ayına olan göstəriciyə görə, Gürcüstanda illik inflyasiya 6,4 faiz təşkil edib.

EkoNews Apa-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında məlumat verilib.

Bildirilib ki,  təkcə sentyabr ayı ərzində Gürcüstanda qida və alkoqolsuz içkilərin qiyməti 11,7 faiz bahalaşıb. Qiymət artımı balıq məhsullarında 16,1 faiz, süd məhsulları və yumurtada 14,6 faiz, ətdə 12,6 faiz, tərəvəz  məhsullarında 10,1 faiz, çörəkdə 10,8 faiz qeydə alınıb. 

Hesabata görə, sentyabr ayı ərzində Gürcüstanda elektrik enerjisi, qaz və yanacağın qiymətində artım 1,3 faiz təşkil edib və illik inflyasiyada payı 0,12 faizə bərabər olub. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR