Gürcüstandan şərab idxalı 31% artıb
05 Dekabr, 13:46   |    Baxış sayı: 11

Gürcüstandan şərab idxalı 31% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan 146 256 şüşə şərab idxal edib.

Bu barədə Gürcüstanın Milli Şərab Agentliyi məlumat yayıb.

İllik müqayisədə Azərbaycanın qonşu ölkədən şərab idxalının həcmi 31% artıb.

Bu ilin 11 ayı ərzində Gürcüstan 53 ölkəyə 78 mln. şüşə şərab ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur. Qonşu ölkənin hesabat dövründə şərab ixracından əldə etdiyi gəliri illik müqayisədə 19% artaraq 184,1 mln. dollar təşkil edib.

Gürcü şərabını ən çox idxal etmiş ölkələrin ilk beşliyinə Rusiya (48 587 707 şüşə), Ukrayna (9 525 172 şüşə), Çin (6 275 909 şüşə), Qazaxıstan (3 396 452 şüşə) və Polşa (3 026 652 şüşə) daxil olub. //Report.az