Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb

Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 7 065,3 milyon dollar təşkil edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat verilib. Bildirilib ki, bu, 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0,2% azdır. Hesabata əsasən xarici ticarətdə ixrac 12,4% artaraq 2 102,2  milyon dollara çatıb. İdxal isə 4,7% azalaraq 4 963,1 milyon dollar təşkil edib.

Hesabat dövründə Gürcüstanın mənfi ticarət balansı 2 860,9 milyon dollar olub ki, bu da xarici ticarət dövriyyəsinin 40,5%-nə bərabər olub. 

2019-cu ilin yanvar-iyul ayları ərzində Gürcüstanın on ölkəyə ixracı  ümumi ixracın 72,7%-ni təşkil edib. Hesabat dövrü ərzində Gürcüstanın əsas ixrac tərəfdaşları Rusiya (303,8 milyon dollar), Azərbaycan (266,2 milyon dollar) və Ermənistan (181,2 milyon dollar) olub.
 
Apa

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR