Güzəştli kredit üçün banka getməyə ehtiyac qalmayacaq

Güzəştli kredit üçün banka getməyə ehtiyac qalmayacaq

Aqrar fəaliyyətlə məşğul olanların güzəştli kredit üçün banka getməsinə ehtiyac qalmayacaq. Fermer və sahibkarlar müraciətlərini elektron platforma üzərindən onlayn rejimdə ünvanlaya biləcəklər.

EkoNewa-a bu barədə  Kənd Təsərrüfatı Nazirliyindən xəbər veriblər.

Məlumatda deyilir ki, nazirlik yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin internet səhifəsində yaradılmış platforma (http://agrocredit.agro.gov.az/login ) fermer və kredit təşkilatlarını bir ünvana yığır.

Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, öz ASAN imzası vasitəsilə platformaya daxil olan fermer kredit üçün müraciət formasını doldurur: "Fermer özü və təsərrüfatı haqqında məlumatları, istədiyi kredit məbləğini, təklif etdiyi girovu qeyd edib, müvəkkil kredit təşkilatını seçir və doldurulmuş müraciət formasını platform vasitəsilə göndərir. Fermerin göndərdiyi müraciət həm bankda, həm də Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Kredit şöbəsində izlənilir və araşdırılır. Yeni platforma fermer və sahibkarların işini yüngülləşdirərək, evdən çıxmadan kredit üçün müraciət etmək imkanı yaradacaq, eləcə də kredit müraciətlərinin qəbulunda şəffaflığı təmin edəcək”.

Onun sözlərinə görə, yaxın vaxtlarda platformada fermer və sahibkarların öz məsrəf və mənfəətlərini hesablamaq imkanı da olacaq. Elektron platforma vasitəsilə kredit götürənlər aqrar kreditlərini də ödəyə biləcəklər. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR