Hindistandan Bakıya təyyarə reysi açılır
11 Mart, 16:54   |    Baxış sayı: 113

Hindistandan Bakıya təyyarə reysi açılır

"Bu ilin may ayından etibarən Hindistanın Mumbay və Dehli şəhərlərindən Bakıya birbaşa aviareyslərin həyata keçirilməsi nəzərdə tutulur”.

Bunu  Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib. 

Onun sözlərinə görə, sözügedən uçuşları Hindistanın "İndigo Airlines” şirkəti yerinə yetirəcək. 

"Hazırda aviareyslərin günləri və digər məsələlərlə bağlı danışıqlar aparılır”, - deyə N.Bağırov qeyd edib. //Report