Hökumətdən alkoqolsuz içki istehsalı proqnozları
09 Noyabr, 12:17   |    Baxış sayı: 25

Hökumətdən alkoqolsuz içki istehsalı proqnozları

Azərbaycan hökuməti 2019-2022-ci illərdə respublikada alkoqolsuz içki istehsalının artacağını proqnozlaşdırır.

 

Hökumətin proqnozlarına görə, 2018-ci ilin yekunları üzrə 18 mln. 733 min dekalitr alkoqolsuz içki istehsal olunacaq.


2019-cu ildə alkoqolsuz içkilərin istehsal həcmi 20 mln. 606,3 min dekalitrə (2018-ci illə müqayisədə artım 10%), 2020-ci ildə 22 mln. 666,9 min dekalitrə, 2021-ci ildə 25 mln. 33,6 min dekalitrə, 2022-ci ildə 27 mln. 527 min dekalitrə çatacaq.

 

Beləliklə, 2022-ci ildə alkoqolsuz içkilərin istehsal həcmi cari ilin göstəricisi ilə müqayisədə 47% artacaq.