HSBC 10 minədək işçisini ixtisar edəcək

HSBC 10 minədək işçisini ixtisar edəcək

Böyük Britaniyanın HSBC bankı xərclərin azaldılması proqramı çərçivəsində 10 minə qədər işçisini ixtisar etməyi planlaşdırır.

EkoNews xəbər verir ki, "Financial Times"a istinadən verilən məlumata görə, ixtisarların ilk növbədə bankın Avropadakı əməkdaşlarını əhatə edəcəyi gözlənilir.

Bundan əvvəl aşağı faiz dərəcələri, ticarət münaqişələri və "Brexit" şərtləri ilə bağlı qeyri-müəyyənliyə səbəb olan çətin vəziyyətə cavab olaraq bank 4,7 min işçisini ixtisar etməyi haqqında planlarını açıqlamışdı.

Qeyd edək ki, hazırda bankın işçilərinin ümumi sayı 238 min nəfərdir. APA

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR